Bakıda avtobusun əyləci tutmadı, 9 maşını əzdi
Bakıda avtobus qəza törədib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, hadisə iyulun 4-ü S.S.Axundov küçəsində “Azadlıq” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi baş verib. Ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəyib.
Təəssüflər olsun ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir.
Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlasılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2023, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər