reklam
Regionxeberlericom.az » Hadisə » Rəşad Dağlıya 11 il cəza istənildi -FOTO

reklam

Rəşad Dağlıya 11 il cəza istənildi -FOTO

 

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış edərək Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin Rəşad Dağlının cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib.

Rəşad Dağlının vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 28-də davam etdiriləcək.

Qeyd edək ki, Rəşad Dağlının məhkəməsinə meyxana yoldaşları ilə birgə müğənni Aqşin Fateh də iştirak edib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.





Paylaş:


Müəllif : Tarix:
7-07-2023, 13:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər