Lənkəranda 6 aylıq hamilə xəstəxanada öldü - FOTO
Lənkəranda hamilə ölümü baş verib.
Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Kərgəlan kənd sakini, 28 yaşlı hamilə Aygün İlham qızı Qurbanzadənin temperaturu olduğuna görə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Görülən tədbirlər nəticəsində acil şöbəsində onun temperaturu stabilləşib və A.Qurbanzadə Lənkəran Perinatal Mərkəzinə göndərilib.
Altı aylıq hamilə olan A.Qurbanzadə Perinatal Mərkəzdə dünyasını dəyişib.
Ailə üzvlərinin verdiyi məlumata görə, mərkəzdə qadına heç bir yardım olunmayıb. Onun uşağının sağ olub-olmaması barədə heç bir məlumat verilmir.
A.Qurbanzadənin 3 ildir ailə qurduğu, iki övladının dünyaya gəldiyi və öldüyü bildirilir.
Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 28 yaşlı Aygün Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2023, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər