reklam
Regionxeberlericom.az » Hadisə » Ağcabədidə toyda 34 nəfər zəhərləndi

reklam

Ağcabədidə toyda 34 nəfər zəhərləndi


















Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

TƏBİB-dən verilən məlumata əsasən, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır”, - məlumatda bildirilib.

Bundan əlavə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də hadisə ilə bağlı məlumat yayıb:

“Ağcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub. Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir”.




Paylaş:


Müəllif : Tarix:
10-07-2023, 12:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər