reklam
Regionxeberlericom.az » Hadisə » Kişini 18 manata görə döydülər - BAKIDA

reklam

Kişini 18 manata görə döydülər - BAKIDA


Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

regionxeberlericom.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir ki, avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu almışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov saxlanılıblar.

22-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstü açılmışdır. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus "KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilmişdir.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb.


Paylaş:


Müəllif : Tarix:
24-08-2019, 11:45
Sikayət   


loading...
Загрузка...