İranlı narkotacirə kuryerlik edən saxlanıldı
Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin istintaq bölməsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdiyi digər əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən şəhər sakini Müşviq Mahmudov, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Coşqun Kərimov və Elbrus Abdullayev saxlanılıblar. M.Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri, digər iki nəfərdən isə müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Keçirilən növbəti əməliyyat zamanı həmkəndlisinin evindən 1500 manat dəyərində samovarı oğurlayan rayonun Qaraman kənd sakini Fəxri Babayev də saxlanılıb. Onun oğurladığı məişət əşyası maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Göyçay rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-07-2023, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər