Oğuzda "TIR" qəzaya düşüb, magistral yol bağlanıb
Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə magistral bağlandığına görə yolun yardımçı hissəsindən istifadə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un Şimal-qərb bürosuna bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb.
Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətində ləngimə olsa da , lakin yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.
Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2023, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər