reklam
Regionxeberlericom.az » Hadisə » İki qəsəbədə külli miqdarda oğurluq edən tutuldu

reklam

İki qəsəbədə külli miqdarda oğurluq edən tutuldu


Bakının Çiçək və Hökməli qəsəbələrində oğurluq baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 2 evdən 2600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

O, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlamaqda da şübhəli bilinir.

Məlumata görə, şübhəli  İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Şahin Məmmədov müəyyən olunaraq tutulub.

Araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
24-07-2023, 18:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər