reklam
Regionxeberlericom.az » Hadisə » Bu rayonlara güclü leysan yağıb - FAKTİKİ HAVA

reklam

Bu rayonlara güclü leysan yağıb - FAKTİKİ HAVA


Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı: Şahdağda 42 mm, Qəbələdə 27 mm, İsmayıllıda 26 mm, Qrızda 25 mm, Oğuzda 16 mm, Göyçay, Gədəbəydə 14 mm, Ordubadda 13 mm, Quba, Tərtərdə 12 mm, Şəkidə 11 mm, Göygöldə 10 mm, Zərdabda 8 mm, Mingəçevir, Daşkəsən, Qusar, İmişli, Gəncə, Ağdam, Yevlax, Naftalan, Şərur, Balakən, Ağsu, Culfa, Sədərək, Şahbuz, Şəmkir, Naxçıvan, Kürdəmir, Sabirabad, Biləsuvar, Qax, Yardımlıda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Külək: İyulun 25-də şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Naftalanda 27 m/s, Göygöldə 20 m/s, Göyçayda 18 m/s, Biləsuvarda 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.

Sel: Yağan leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.

Duman: Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu: İyulun 25-i Bakıda və Abşeron yarımadasında 28-30° isti, Naxçıvan MR-da 39°-dək isti, aran rayonlarında 32-34° isti, dağlıq rayonlarda 21-24° isti olub.




Paylaş:


Müəllif : Tarix:
26-07-2023, 11:06
Sikayət   


loading...
Загрузка...