reklam
Regionxeberlericom.az » Hadisə » Şəmkirdə kababxana yandı

reklam

Şəmkirdə kababxana yandı


Şəmkirdə yanğın hadisəsi baş verib.

Regionxeberlericom.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun fəaliyyət göstərən bazarların birində qeydə alınıb. Rayon Mərkəzi Bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Cəfərov Hidayət Namiq oğluna məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konusturuksuyalardan ibarət kababxanada anidən yanğın olub. 

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın  zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.




Paylaş:


Müəllif : Tarix:
27-07-2023, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər