Bakıda tanınmış jurnalisti döydülər
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.
regionxeberlericom.az xəbər verir ki, hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb.
Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.
Jurnalist əməkdaşımızla söhbətində başına gələn hadisənin təfərrüatını danışıb: "Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".
Ümid edirik ki, hadisənin motivi nə olmasından asılı olmayaraq, vətəndaşa bədən xəsarəti yetirmiş sürücü tapılıb cəzalandırılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2019, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2019, 12:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Bu gün, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03