reklam
Regionxeberlericom.az » Hadisə » "Biz burada qara pişiyi axtarmağa çalışırıq" - Cahangir Hacıyevin vəkili ədalətli qərar istədi

reklam

"Biz burada qara pişiyi axtarmağa çalışırıq" - Cahangir Hacıyevin vəkili ədalətli qərar istədi


Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Aqil Layıcov çıxış edib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsassızdır.

Layıcov söyləyib ki, ittihamda göstərilən 4 milyarddan artıq məbləğin təqsirləndirilən şəxslərdən tələb edilməsi heç bir qanuna sığmır.

Müdafiəçi deyib ki, Cahangir Hacıyevin rəhbərlik etdiyi bankın ayırdığı kreditlər əsasında həm Azərbaycanda, həm də xaricdə tikilən zavodlar, icra edilən ayrı-ayrı layihələr var.

Layıcov deyib ki, görülən bu işlərin heç biri nəzərə alınmayıb, zavodlar qiymətləndirilməyib, icra olunan layihələrdən əldə edilən mənfəət nəzərə alınmayıb.

Müdafiəçi çıxışının davamında məhkəmə sisteminin fəaliyyətindən danışıb, iradını bildirib.

Hakim vəkilə xəbərdarlıq edib və cinayət işinin mahiyyəti üzrə danışmasını istəyib.

Vəkil işin mahiyyətindən danışmaq üçün mühit olmadığını, buna heç bir şərait yaradılmadığını deyib.

"Bu günə qədər həm istintaqda, həm də məhkəmədə onlarla vəsatət vermişik. Heç olmasa bircə dəfə də olsun texniki vəsatətimiz belə təmin edilməyib ki, formal da olsa balans qorunsun. Cahangir Hacıyevin hüquqları pozulub. Onu ailə üzvləri ilə görüşdürməyiblər. Yemək və dərmanları verilməyib. Ona qarşı qərəzli münasibət olub.

Konfutsinin bir sözü var, deyir ki, qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də əgər pişik otaqda yoxdursa. İndi də biz qaranlıq bir otaqdayıq. Və burada qara pişiyi axtarmağa çalışırıq. Amma qara pişik də otaqda yoxdur"- deyə vəkil bildirib.

Vəkil məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Xatırladaq ki, prokuror Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzasl ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə, İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bildirək ki, İsmayıl Hidayət-zadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Prokuror bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilən 18 nəfərə isə şərti cəza təyin edilməsi istənilib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.


Paylaş:


Müəllif : Tarix:
26-08-2019, 16:36
Sikayət   


loading...
Загрузка...