reklam
Regionxeberlericom.az » Hadisə » 26 yaşlı gözəllik kraliçası faciəvi şəkildə öldü - Fotolar

reklam

26 yaşlı gözəllik kraliçası faciəvi şəkildə öldü - Fotolar
















Venesuelanın gözəllik kraliçası Ariana Viera avtomobil qəzasında həlak olub.  

26 yaşlı Viera sükan arxasında yuxuya getdiyi üçün arxadan başqa bir avtomobilə çırpılıb.

Vieranın anası bildirib ki, qəza yerində həkimlər onu 2 dəfə həyata qaytarsalar da, xəstəxanaya aparılarkən yolda vəfat edib. Qızının xeyirxah və yardımsevər olduğunu deyən ana qeyd edib ki, bu qəzaya səbəb onun yorğunluğu olub. 

Qeyd edək ki, Ariana Viera modelliklə bərabər “Full House Cleaning” adlı təmizlik şirkətini də idarə edirib. Model bu ilin oktyabrda Dominikada keçiriləcək "2023 Dünya Latın Amerikası" gözəllik yarışında ölkəsini təmsil etməyə hazırlaşırmış.

Ariana Viera mayın 2-də instaqram səhifəsində “Gələcək dəfn mərasimim üçün özümü çəkirəm” sözləri ilə video yerləşdirib.

   




Paylaş:


Müəllif : Tarix:
3-08-2023, 16:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər