Fahişə pulunu ala bilmədi, turistin telefonunu oğurladı - Bakıda "ərəb gecələri"
1996-cı il təvəllüdlü Küveyt vətəndaşı Abdulla Əlqheeb avqustun 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə şikayətlə müraciət edərək fahişə tərəfindən qarət olunduğunu bildirib.
regionxeberlericom.az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Onun sözlərinə görə, avqustun 25-nə keçən gecə saat 04:00-da Tbilisi prospektindəki “1033” gecə klubuna gedərək orada fahişənin xidmətlərindən istifadə edib.
İlkin razılaşmaya əsasən, küveytli fahişəyə 200 dollar verməliydi. Lakin qız göstərdiyi xidmətə görə pul ala bilməyib. Belə olan halda o, turistin mobil telefonunu götürüb və hadisə yerindən qaçaraq gizlənib.
27-ci Polis bölməsinin əməliyyatçıları tərəfindən aparılan cinayət-axtarış tədbirləri nəticəsində şübhəli saxlanılıb. O, 33 yaşlı Tovuz rayon sakinidir. Polis əməkdaşları saxlanılan qızın mobil telefonu turistə qaytarmasına nail olublar. Bundan sonra o, sərbəst buraxılıb. Fahişə pulunu yenə də ala bilməyib.
Küveyt vətəndaşı avqustun 22-də Bakıya gəlib və ayın 30-dək burada qalmaq niyyətindədir.
Qeyd edək ki, bu, ərəb turistlərin fahişələrdən şikayətləndiyi ilk belə hal deyil.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2019, 17:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2019, 17:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti