Bakı Dövlət Universitetinin professoru vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib.
Bu barədə universitetin Mətbuat xidmətindən məlumat verilib
Qeyd edilib ki, Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunda anadan olub. 1960-1965-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə BDU-nun əyani aspirantı olub.
1969-1981-ci illərdə BDU-da müəllim, baş müəllim, dosent, 1982-1987-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb. 1988-2002-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının nəzdindəki Sosioloji tədqiqatlar elmi tədqiqat laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən indiyədək BDU-nun Fəlsəfə kafedrasında professor vəzifəsində işləyib.
Fəlsəfə elmləri üzrə 4 dərsliyin, 1 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifi olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-08-2023, 17:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər