reklam
Regionxeberlericom.az » Hadisə » Kriminal qruplar arasında dava - “Vüsal Yasamal” axtarılır

reklam

Kriminal qruplar arasında dava - “Vüsal Yasamal” axtarılır
















Bakının Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında kütləvi dava baş verib.

Rayonun “Alatava” adlanan ərazisində 2 qrup arasında həmin bölgədə kriminal aləmdə “vəziyyət”ə nəzarət üstündə baş verən insident zamanı 1 nəfər ağır bıçaq xəsarəti alıb.

4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, hadisənin hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməməsi üçün onlar xəstəxanaya müraciət etməyiblər.

Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra dərhal araşdırma başlanılıb.

Hazırda hadisə iştirakçıları arasında kriminal aləmdə “Vüsal Yasamal” kimi tanınan və bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən azad edilən şəxsin, həmçinin hadisənin digər iştirakçıları Qubadov Kamran Fəxrəddin oğlu, İbrahimov Davud Hacıağa oğlu və Mirəli adlı şəxslərin axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
9-08-2023, 23:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər