Cəlilabadda naməlum şəxslər evləri daşlayır - Sakinlər qorxu içindədir
Cəlilabad rayonunun Petrovka adlanan yaşayış məntəqəsində naməlum şəxslər həyətyanı evləri daşa basır, insanları qorxudurlar.
regionxeberlericom.az bildirir ki, bu barədə Azvision.az -a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, anoloji hadisə hər gün axşam saatlarında baş verir. Evləri daşa basan şəxsləri tapmaq mümkün olmayıb.
Cəlilabad rayon sakini Qızqayıt Şükürovanın sözlərinə görə, atılan daşlar evlərin pəncərələrinin sınmasına səbəb olur.
“Artıq iki ildir ki, evlərimiz naməlum şəxlər tərəfindən daşlanır. Sonuncu dəfə anoloji hal dünən gecə saatlarında baş verib”.
Q.Şükürova qeyd edib ki, Petrovkada yaşayan sakinlər hər gecəni təşviş içində keçirirlər: “Bunu kimlərin etdiyini bilmirik. Əsasən evlərin damına və pəncərələrə daş atırlar. Gecə olan kimi başlayırlar. Dünən bizim evimizi axşam saat 10-dan gecə 3-ə kimi daşladılar. Bunu edən şəxsləri heç kim tapa bilmir və daşların hansı istiqamətdən atıldığını da müəyyənləşdirə bilmirik. Qonşuların evləri növbə ilə daşlanır. Bu barədə polisə məlumat vermişik, gəlib izahat alıb gediblər. Artıq iki ildir ki, Cəlilabadın müxtəlif yerlərində Məhərrəmlik ayı ərəfəsi eyni hal yaşanır. Hamımız qorxu içindəyik, nə edəcəyimizi bilmirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2019, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2019, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti