reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda nəzir qutularını qarət edən tutuldu - 13 min manat

reklam

Bakıda nəzir qutularını qarət edən tutuldu - 13 min manat


Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə  məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb. 

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.






Paylaş:


Müəllif : Tarix:
10-08-2023, 14:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər