reklam
Regionxeberlericom.az » Hadisə » Ukraynada saxlanılan narkotacir Azərbaycana gətirildi

reklam

Ukraynada saxlanılan narkotacir Azərbaycana gətirildi


"Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Əbülfət İbrahim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, Əbülfət Ələkbərovun təkrar törədilməklə qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Astara rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Avqustun 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Ukraynadan ölkəmizə gətirilib.

Qeyd edək ki, Ə. Ələkbərovun Ukraynada saxlanılması barədə xəbər vermişdik.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 20:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər