reklam
Regionxeberlericom.az » Hadisə » Ərini öldürən hamilə qadın barədə qərar verildi

reklam

Ərini öldürən hamilə qadın barədə qərar verildi


Sumqayıtın Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədova məhkəməyə çıxarılıb.

Xəbərə görə, Sumqayıt Şəhər Məhkəməsində keçirilən iclasda prokuror iddianaməsini elan edib.

Təqsirləndirilən şəxsin vəkili xanım müvəkkilinin 6 aylıq hamilə olduğunu bildirərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş edib. Ə. Məmmədova ifadəsində əri Ağahüseyn İmanovun onu mütəmadi olaraq döyüldüyünü, hadisə vaxtı isə bıçaqla ona hücum etdiyini deyib. O, cinayəti özünü müdafiə məqsədilə törətdiyini bildirib. İş materiallarından məlum olub ki, zərərçəkmiş A.İmanov əvvəllər qanunsuz narkotik dövriyyəsinə görə məhkum edilib.

Məhkəmə cinayətin ağırlığını nəzərə alaraq təqsirləndirilən şəxsin sərbəst buraxılmasını uyğun görməyib. Qərara əsasən Ə. Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 3 gün əvvəl qeydə alınıb. Ə.Məmmədova ərini bıçaqla qətlə yetirdikdən sonra könülli təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.




Paylaş:


Müəllif : Tarix:
12-08-2023, 16:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər