reklam
Regionxeberlericom.az » Hadisə » Ana və iki oğlu Kürdə batdı - Yenilənib

reklam

Ana və iki oğlu Kürdə batdı - Yenilənib
















Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Kürdə batan şəxslərin sayının 3 olduğu məlum olub.

Ana və iki oğlu Kür çayında batıb.  

Cəsədlər sudan çıxarılaraq təhvil verilib.

Batan ailə üzvləri Qazax rayon sakinləri olub.

Ananın 38, övladlarından birinin 15, digərinin 20 yaşı olduğu bildirilir.




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 23:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər