reklam
Regionxeberlericom.az » Hadisə » 7 yaşlı uşağı öldürən idmançının ittihamı ağırlaşdırıldı

reklam

7 yaşlı uşağı öldürən idmançının ittihamı ağırlaşdırıldı


Sumqayıtda idman zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan idmançı Mehman Xəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq dövründə M.Xəlilovun ittihamı ağırlaşdırılıb. 

Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxs zərəçəkmişi xüsusi amansızlıqla öldürüb

Ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb.

Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

Mehman Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Məsələ ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib, verilmiş ittihamın yüngül olduğu bildirilib.






Paylaş:


Müəllif : Tarix:
14-08-2023, 14:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər