reklam
Regionxeberlericom.az » Hadisə » Dənizdə batan 4 nəfərin meyitləri tapıldı

reklam

Dənizdə batan 4 nəfərin meyitləri tapıldı


Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




Paylaş:


Müəllif : Tarix:
16-08-2023, 08:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər