Bakıda 19 nəfər suda boğulub öldü
TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 03.06.2023-13.08.2023 tarixləri aralığında suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.
TƏBİB-dən verilən məlumata görə, onlardan 7 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfəri hospitalizasiya olunub.
19 nəfər şəxs tibb müəssisəsinə çatdırılmadan vəfat edib. Qeyd edək ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə təcili yardım briqadaları növbədə dayanır. Suda boğulan şəxslərə ilk tibbi yardım tədbirlərini həyata keçirmllək üçün hər bir təchizat və təminat mövcuddur.
Tədqiqatlar göstərir ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6–7 dəqiqədən sonra isə yalnız 1–3%-ni xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.
Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan 2 uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də 2 dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az 5 dövr təkrarlanmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2023, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər