Qusarda istirahət mərkəzində 5 nəfər ZƏHƏRLƏNDİ
Qusarda 5 nəfər qidadan zəhərlənib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.
Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.
Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə Caqar kənddə yerləşən "Park Qusar" istirahət mərkəzində qeydə alınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2023, 17:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər