reklam
Regionxeberlericom.az » Hadisə » Suda boğulma ilə bağlı qorxunc statistika: 11 nəfər dünyasını dəyişib

reklam

Suda boğulma ilə bağlı qorxunc statistika: 11 nəfər dünyasını dəyişib


Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyunun 3-dən avqustun 13-dək suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olması barədə məlumat yayıb.

TƏBİB-dən Regionxeberlericom.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin müraciətdən 42-si bir ay ərzində olub.

Qurumdan qeyd edilib ki, iyun-iyul aylarında suda boğulma ilə əlaqədar 42 müraciət edilib:

“Bu müraciətlərin əksəriyyəti (23 çağırış) Bakı şəhərinin payına düşür. Belə ki, Bakı şəhərində 23 müraciətin altısında hospitalizasiya icra edilib, altısında yerində tibbi yardım göstərilib, 11-də isə həkimə qədər ölüm qeydə alınıb”.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyunun 3-dən avqustun 13-dək aralığında suda boğulma ilə bağlı ümumi 47 müraciətdən yeddisinə yerində tibbi yardım göstərilib, 19 nəfər hospitalizasiya olunub və  təəssüf ki, 19 nəfər təcili və təxirəsalınmaz tibbi yardım heyəti gələnə qədər vəfat edib.




Paylaş:


Müəllif : Tarix:
18-08-2023, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər