reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 26 il əvvəl adam öldürənin məhkəməsi başlayır

reklam

Bakıda 26 il əvvəl adam öldürənin məhkəməsi başlayır


Xəbər verildiyi kimi 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Baş Prokurorluqdan  verilən xəbərə görə, prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən keçirilmiş məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəmnində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Paylaş:


Müəllif : Tarix:
22-08-2023, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər