Priqojinin də olduğu təyyarə qəzaya uğradı, 10 nəfər öldü – Yenilənib
Tver vilayətində sərnişinlər arasında Yevgeni Priqojin də olan “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat başlayıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında bildirilib.
"Bu gecə Tver vilayətində baş verən "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var", - idarədən qeyd ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. Bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
***21:08
Rusiyanın Tver vilayətində Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, qəza zamanı təyyarədə olan yeddi nəfərin hamısı ölüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2023, 21:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər