reklam
Regionxeberlericom.az » Hadisə » Xəzərdə FACİƏ: İki neftçi dənizdə batdı

reklam

Xəzərdə FACİƏ: İki neftçi dənizdə batdı


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.

Bu barədə “Azneft”dən məlumat verilib.

Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.

“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.




Paylaş:


Müəllif : Tarix:
24-08-2023, 15:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər