reklam
Regionxeberlericom.az » Hadisə » Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO

reklam

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO


Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb.

Regionxeberlericom.az xəbər verir ki, Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsinə təhvil vermişdilər.




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 11:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər