reklam
Regionxeberlericom.az » Hadisə » Xırdalanda özünü binadan atan qızın FOTOSU: Rəfiqələr niyə intihar edib?

reklam

Xırdalanda özünü binadan atan qızın FOTOSU: Rəfiqələr niyə intihar edib?


Ötən gün Xırdalanda 15 yaşlı qızın özünü binadan ataraq intihar etməsi barədə xəbər vermişdik. 

Regionxeberlericom.az bildirir ki, Lent.az intihar edən yeniyetmənin fotosunu və hadisə ilə bağlı bəzi təfərrüatlar əldə edib. 

Bina sakinlərinin verdiyi məlumata görə, 15 yaşlı Şəbnəm həmin binada müəllim yanına hazırlığa gedirmiş. O, hazırlıqdan çıxandan sonra özünü binadan atıb. 

Hadisə yerinə gələn istintaq qrupu qızın müəllimini də dindiriblər. Müəllim Şəbnəmdə qeyri-adi hal müşahidə etmədiyini, hər zaman olduğu kimi ötən gün də normal qaydada hazırlığa gəldiyini və dərs bitəndən sonra evi tərk etdiyini bildirib. 

Qeyd edək ki, bundan 10 gün əvvəl də eyni binanın həmin blokunda daha bir 15 yaşlı qız intihar etmişdi. Həmin qızın da o binaya müəllim yanına gəldiyi bildirilir. Hətta intihar edən qızların rəfiqə olması barədə də iddialar var. 

Hazırda Abşeron rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 15:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər