Oğuzda evlərdən 300 kiloqram fındıq oğurladılar
Oğuz rayonunun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost- Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2023, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər