reklam
Regionxeberlericom.az » Hadisə » Şirkətlər banan adı ilə Avropaya narkotik keçirdi

reklam

Şirkətlər banan adı ilə Avropaya narkotik keçirdi


Ekvadordan banan tədarükü ilə məşğul olan 56 şirkət qanunsuz narkotik alverində şübhəli bilinir.

Bu barədə "Prensa Latina" agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, bananlarda qadağan olunmuş maddələr ən çox Avropaya göndərilirdi. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları 2009-cu ildə Ekvadora daxil olan bir neçə Albaniya vətəndaşını araşdırır. 

Narkotiklərlə bağlı Cinayətlərin Araşdırılması üzrə Milli İdarə Ekvadorun Kənd Təsərrüfatı Nazirliyinə bu şirkətlərin məhsulların ixracı üçün icazədən məhrum edilməsi xahişi ilə müraciət edib.

Agentlik qeyd edib ki, son illər Ekvadorda narkotiklərlə bağlı fəaliyyətlər intensivləşib. Bu, ölkənin dünyanın iki ən böyük kokain istehsalçısı olan Kolumbiya və Peru arasındakı coğrafi mövqeyi ilə bağlıdır.




Paylaş:


Müəllif : Tarix:
1-09-2023, 09:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər