Lənkəranda övladlığa verilən qız qaçırılıb? - İDDİA
"Neçə müddətdir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu qızın məsələsi ilə bağlı araşdırmalar aparır".
Bu sözləri açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, yeniyetmənin rəsmi olaraq soyadını daşıdığı valideynlərinin yanından getməsi ilə məxfilik pozulub:
"Uşaq iddia edir ki, mən bioloji valideynlərimlə qalmalıyam. Amma bundan əvvəl o uşaq hər iki tərəfdən təcrid olunmalıdır. Onu öyrədilib-öyrədilməməsini heç kim bilə bilməz. Amma bu gün uşaq o valideynlərin soyadını daşıyırsa, qanun onların tərəfindədir. Uşağın öyrədilib-öyrədilməməsi, onun hansı mühitdə olub-olmamasını Daxili İşlər Nazirliyi və ya Baş Prokurorluq yox, Sodial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin və Lənkəran İcra Hakimiyyəti yanında aiddiyəti komissiya araşdırmalıdır. Bu qurumlar həmin uşağın mənəvi ailədən bioloji ailəyə verilməsi ilə bağlı qəbul olunan məhkəmə qərarına qədər onu hər iki ailədən təcrid etməlidir".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2023, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər