reklam
Regionxeberlericom.az » Hadisə » Şirvanda 60 yaşlı kişini tanışı öldürdü

reklam

Şirvanda 60 yaşlı kişini tanışı öldürdü


Sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
5-09-2023, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər