reklam
Regionxeberlericom.az » Hadisə » “Mənə geri çəkilməyim üçün rüşvət təklif olundu” - Döyülən jurnalist DANIŞDI

reklam

“Mənə geri çəkilməyim üçün rüşvət təklif olundu” - Döyülən jurnalist DANIŞDI


“Dostlar, mənə qarşı xuliqanlıq edərək xəsarət yetirən şəxsin dünən məhkəmə prosesi olub. Barəsində həbs-qəti imkan tədbiri seçilməli idi. Seçilməyib. Məhkəmə prosesi bu günə təxirə salınıb. Aldığım məlumata görə, qohum-əqrəbası rüşvət təklif edib. Əvvəl mənə təklif olundu. Təklif etdilər ki, həbs- qəti imkan tədbiri seçilməməsi üçün şikayətimi geri götürüm”.

regionxeberlericom.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün öncə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən döyülən jurnalist Zülfüqar Xeyirxəbər bildirib.

Onun sözlərinə görə, qarşı tərəf istədiyi məbləği verməyə hazır imiş:

“İmtina elədim. Çünki bu insan xulqiandı, cəmiyyət üçün təhlükəli biridir. Bu hadisənin onun ilk əməli olmadığını daha əvvəl bəyan etmişdik. Ötən il martın 20-də narkotik maddənin təsiri altında Heydər Əliyev prospektinə "protiv" girərək qarşısına keçən maşınların sürücülərini söyüb, təhqir edib. Cəzasız qalıb. Ona görə də əməllini daha betər davam etrib. Müstəntiq bunu nəzərə almır. Deyir bu işin o işə aidiyyatı yoxdu. Mən məhkəmədə iştirak etmək istəyirəm, bu adamın nə qədər təhlükəli olduğunu sübut etmək üçün hakimə faktlar təqdim etmək istəyirəm, vaxtı gizlədirlər. Bu nə deməkduir, Sizcə!? Mətbuat Şurası – Əflatun Amaşov bu işi nəzarətə götürdüyün deyib. Xahiş edirəm maraqlansın. Bu cinayətkar barəsində mütləq həbs-qəti imkan tədbiri seçilməlidir. Zatən Prezidentə də açıq məktubla müraciət edəcəm. Mən hansı yolla olur olsun, o insanın cəzalandırılmasına nail olacam.
Həmkarlarımdan da xahiş edirəm bu işdə mənə dəstək olsunlar”.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına görə, avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini, jurnalist Zülfüqar Xeyirxəbərin idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərə bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Paylaş:


Müəllif : Tarix:
29-08-2019, 15:24
Sikayət   


loading...
Загрузка...