reklam
Regionxeberlericom.az » Hadisə » 14 yaşlı oğlunu siqaret dalınca göndərdiyi yeniyetmə öldürübmüş...

reklam

14 yaşlı oğlunu siqaret dalınca göndərdiyi yeniyetmə öldürübmüş...


Ağstafada 17 yaşlı oğlanın 14 yaşlı tanışını qətlə yetirməsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Y.Ə. özünü qismən təqsirli bildiyini deyib.

Anket məlumatlarında qeyd olunur ki, Y.Ə-nin atası vəfat edib, anası isə iki il əvvəl Gürcüstana köçüb. Təqsirləndirilən yeniyetmə Ağstafada dayısı ilə birgə yaşayıb.

O, qətlə yetirdiyi Cavanşir Bədirovun atası ilə tanış olub, mütəmadi olaraq təmir işlərində ona kömək edib. Onun oğlu C.Bədirovla münasibəti də belə yaranıb.

Hadisə baş verən gün zərərçəkmiş şəxsin atası Y. Ə-yə pul verib ki, gedib marketdən ona siqaret alsın.

O, marketdən qayıdan vaxt yolda 14 yaşlı C.Bədirov və dostu ilə rastlaşıb. Aralarında yaranmış mübahisə zamanı Bədirov onu taxta ilə vurub, ailə üzvlərinin ünvanına söyüş söyüb.

Bu zaman Y.Ə. maşın açarından düzəltdiyi bıçağı çıxararaq Bədirovun sinəsindən vurub. 14 yaşlı yeniyetmə hadisə yerində ölüb. Təqsirləndirilən şəxs zərərçəkmişi məhz söyüşə görə öldürdüyünü deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. Ə. 7 il 6 ay azadlıqdan məhrum edilib.

O, təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.




Paylaş:


Müəllif : Tarix:
9-09-2023, 13:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər