reklam
Regionxeberlericom.az » Hadisə » Binəqədidə obyekt yandı - Video

reklam

Binəqədidə obyekt yandı - Video
















Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli mansarda tipli iaşə obyektinin mansardasında baş verdiyi və genişlənərək obyektin digər hissələri və bitişik obyektlərə yayılma riskinin yüksək olduğu müəyyən edilib. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 137m² olmaqla ümumi sahəsi 274m² olan ikimərtəbəli mansarda tipli obyektin 2-ci mərtəbəsində fəaliyyət göstərən restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80m² sahədə yanıb. 

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.




Paylaş:


Müəllif : Tarix:
10-09-2023, 13:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər