Müğənninin qohumu psixoloqu aldadıb? 200 minlik skandal
Tanınmış psixoloq Gülnar Orucova müğənni Gülay Zeynallının xalası qızı Aynurə Quliyeva tərəfindən aldadılıb.
regionxeberlericom.az bildirir ki, bu barədə Kult.az-a psixoloq Gülnar Orucova deyib. O bildirib ki, “Nuray Turizm” və “Nuray İnşaat” şirkətinin rəhbəri Aynurə Quliyeva Antalyaya səyahət paketi üçün ondan və rəfiqəsindən pul alsa da, nə səyahəti təşkil edib, nə də pulu qaytarıb:
“İyulun 22-si saat 15.00 radələrində Biləcəridə məndən 1360 manat pul aldı. Aynurə Quliyeva ilə əvvəllər də yaxın münasibətimiz olduğu üçün tur paketinin ödənişi üçün hansısa bir sənəd imzalamadıq. Lakin Votsapda bununla bağlı danışıqlarımız var. Rəfiqəm də mənimlə birgə getmək istədiyi üçün o da A.Quliyevanın balansına 1360 manat pul köçürüb. O, pulları bizdən alsa da, Antalyaya səfərimiz üçün bilet və otelə lazım olan ödənişi etmədi. Hər gün müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışırdı və bizi arxayın salırdı ki, pulun qaytarılması üçün Gülay Zeynallı ona yardım edəcək. Dəfələrlə Aynurə Quliyevaya müraciət etsəm də, avqustun 9-da rəfiqəmlə birgə ona verdiyim 2720 manat puldan cəmi 300 manat mənə, 100 manat da rəfiqəmə qaytarıb, pulun qalan hissəsini isə qaytarmır”.
Gülnar Orucova onu da bildirib ki, Aynurə Quliyeva sahibi olduğu 2 şirkətin adından istifadə edərək, bir neçə nəfəri aldadıb və onlardan ümumilikdə 200 min manata yaxın pul alıb:
“Biz araşdırdıqdan sonra məlum oldu ki, bu xanım digər şəxsləri də aldadıb və 200 minə yaxın borcu var. Aldatdığı şəxslər də onu polis bölməsinə şikayət ediblər. Bizə olan borcunun qaytarılması üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 6-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etsək də, hələ ki, bir xəbər yoxdur və Aynurə Quliyeva azadlıqdadır”.
Saytımıza açıqlama verən “Nuray Turizm” şirkətinin rəhbəri Aynurə Quliyeva isə vurğulayıb ki, şirkətdə yaranan bəzi problemlər səbəbindən sözügedən şəxslərin səyahəti və ya pulunun geri qaytarılması təmin edilməyib:
“Şirkətimizdə bəzi böyük problemlər yaranıb. Mən sentyabrın 25-nə kimi vaxt istəmişəm, o vaxta qədər Gülnar Orucova və rəfiqəsinin pulu qaytarılacaq. Mənim 200 minə yaxın borcumun olmasının heç kimə aidiyyəti yoxdur. Rəqəmlər şişirdilib və borcum işimlə əlaqədardır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39