Azərbaycanlı turistlərin avtobusu alovlandı - 9 saat küçədə qaldılar (VİDEO)
"Metro Turizm" şirkətinin təşkilatçılığı ilə, Bakıdan Gürcüstana səfər edən azərbaycanlı turistləri daşıyan avtobus dünən axşam radələrində anidən alışıb və nəticədə insanlar 9 saat küçədə gecələməli olublar.
regionxeberlericom.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Aytac Kərimova sosial şəbəkədə bildirib.
O, baş verən hadisədə "Metro Turizm"i günahlandırıb:
""Metro Turizm" qədər bərbad, heç bir xidməti normal olmayan şirkət tanımıram. Hazırda Batumidə, çölün düzündə bir avtobus insan yolda qalıb. Yol gedərkən anidən avtobusumuz alışdı, hər kəsi düşürdülər. Canımızı götürüb avtobusdan qaçdıq. Hadisə yerinə polis və yanğınsöndürən maşınlar gəlib. Hər şey sakitləşdi, bizi yaxinlıqdakı kafelərə göndərdilər. Artıq 3 saatdan çoxdur bizə bir məlumat veren yoxdur.
Bununla belə, sürücüyə də mərkəzdən dəqiq məlumat veren yoxdur. Ümumiyyətlə mərkəzdən sürücünün zənglərinə cavab verilmir. Hər kəs bir tərəfdən əlaqə saxlamaq istəyir. 7/24 dedikləri whatsap xətti sürünə-sürünə cavab yazir. Guya maşın göndəriləcək amma, nə zaman bilinmir? Bakı metro isə ümumiyətlə bizə yaxın durmur. Üstəlik də sonradan öyrəndik ki, avtobus heç bir texniki baxış olmayıb".
Aytac Kərimova 9 saatdan sonra, şirkət tərəfindən onların qaldığı əraziyə avtobus göndərildiyini deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2019, 10:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2019, 10:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti