reklam
Regionxeberlericom.az » Hadisə » Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var

reklam

Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var















Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə “Lada Priora” işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



 




Paylaş:


Müəllif : Tarix:
30-09-2023, 21:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər