reklam
Regionxeberlericom.az » Hadisə » 100-dən çox insanın öldüyü toyda yanğın belə başlayıb – Video

reklam

100-dən çox insanın öldüyü toyda yanğın belə başlayıb – Video


















İraqın Mosul şəhərinin Həmdaniyyə rayonunda şadlıq sarayında 100-dən çox insanın həyatını itirdiyi, 100-ə yaxın insanın yaralandığı yanğının yeni görüntüləri ortaya çıxıb.

Görüntüləri İraq Daxili İşlər Nazirliyi yayıb.

Belə ki, Bağdadda İraq Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında İstintaq Komissiyasının sədri general Saad Falih Həmdaniyyədəki şadlıq sarayının çoxlu yanıcı materialla örtülü olduğunu, yanğına da əsasən bunun səbəb olduğunu bildirib. Onun sözlərinə görə, yanğının sürətlə yayılmasında parça materiallar da təsirli olub.

“Şadlıq sarayında yanğının başlamasının əsas səbəblərindən biri isə atəşfəşanlıqda atılan fişəng olub”, - komissiya sədri qeyd edib.

Mosulda şadlıq sarayında baş verən yanğında həyatını itirənlərin sayının 107-yə çatdığını qeyd edən Falih yanğının qəsdən törədilmədiyini, şadlıq sarayının sahibinin səhlənkarlığı və səhvi nəticəsində baş verdiyini bildirib.

Mətbuat konfransında çıxış edən daxili işlər naziri Əbdüləmir Şammari isə Həmdaniyyə rayonunun rəhbəri İsam Behnam Mettinin, Həmdaniyyə Bələdiyyə Başçısı Rami Hıdırın və Həmdaniyyə mülki müdafiə təşkilatının məsul şəxslərinin işdən çıxarıldığını və məsuliyyətə cəlb edildiyini bildirib.




Paylaş:


Müəllif : Tarix:
2-10-2023, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər