Məhkəmə qayınata və qayınanasını yandıran şəxslə bağlı qərar çıxardı
Ali Məhkəmədə Bakıda qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2021-ci il sentyabrın 19-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2023, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər