reklam
Regionxeberlericom.az » Hadisə » Tərtərdə minaya düşən kəndlinin ayaqları amputasiya olundu

reklam

Tərtərdə minaya düşən kəndlinin ayaqları amputasiya olundu


Tərtərdə minaya düşən kişinin hər iki ayağı amputasiya edilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib. Məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 37 yaşlı Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib. 

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

•    Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

•    Yalnız gündəlik işlək yollardan istifadə edin!

•    Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

•    Naməlum əşyalara toxunmayın!

•    Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!




Paylaş:


Müəllif : Tarix:
7-10-2023, 11:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər