At və balasını asan şəxs tənqid olundu — Polis araşdırmaya başladı
Sosial şəbəkələrdə və bir sıra KİV-də Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində bir baş at və balasının leşinin kənd yaxınlığındakı dirəkdən asıldığına dair məlumatlar və foto yayılıb.
Bunu edən şəxsin məqsədinin vəhşi heyvan ovlamaq olduğu bildirilir. Onun bu hərəkəti birmənalı qarşılanmayıb, kəndlini tənqid edənlər də olub.
Məsələ ictimailəşdikdən sonra Daşkəsən rayonu Polis Şöbəsində araşdırma başladılıb.
Xoşbulaq kənd sakini, Allahyarov Rafiq Ədil oğlundan izahat alınıb.
R.Allahyarov izahatında həmin heyvanların cari ilin iyul ayında canavarlar tərəfindən parçalanaraq məhv edildiyini, həmin vaxtdan sonra isə heyvanların leşindən vəhşi heyvanlara tələ qurmaq məqsədilə istifadə etdiyini bildirib. O qeyd edib ki, bu müddət ərzində heç bir vəhşi heyvan vurmayıb.
Faktla bağlı CM-nin 258.1 maddəsi ilə (qanunsuz ov etmə) cinayət işi başlanılıb. İstintaq davam etdirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-08-2019, 17:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-08-2019, 17:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti