Bakıda DƏHŞƏTLİ ANLAR: sürücü polisi sürüdü
Bakıda minik avtomobili digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, "Ravon" markalı avtomobil qayda pozuntularına yol verdiyi üçün yol polisi əməkdaşları ona "saxla" əmri veriblər. Ancaq o əmrə tabe olmayaraq, qaçmağa çalışıb. Bu zaman isə digər avtomobillər üçün təhlükə yaradıb.
Lakin sonda sürücünün saxlanılması mümkün olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərlinin sözlərinə görə, paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə “saxla” əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmağa davam edib:
“Yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılıb, lakin saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib. Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Onun barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2023, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər