reklam
Regionxeberlericom.az » Hadisə » Şirvanda BİABIRÇILIQ: həkim doğuşu gecikdirdi, körpə öldü

reklam

Şirvanda BİABIRÇILIQ: həkim doğuşu gecikdirdi, körpə öldü

Bu il iyulun 22-də Şirvan şəhər sakini, 23 yaşlı Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı Aygün Əzizovanın bu il iyulun 20-dən 22-dək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
11-10-2023, 13:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər