Sumqayıtda kişi özünü xeyirxah göstərib qocaların pulunu oğurladı - VİDEO
Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə zərərçəkən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsdən kömək istəyib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ona inanıb gedəndən sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.
Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib
Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-10-2023, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər