reklam
Regionxeberlericom.az » Hadisə » Qızları ilə birgə özünü binadan atan qadına cəza verilmədi

reklam

Qızları ilə birgə özünü binadan atan qadına cəza verilmədi


Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məlumata görə, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.

İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna, Aytənin əri Suslana zəng vuraraq gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.

Anasının narahatlığına görə Suslan arvadına zəng vuraraq acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.

Həmin gün o, iki azyaşlı qızı ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı uşaq ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.

Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını unutduğunu deyib. Onun ifadəsindən aydın olub ki, ana hətta övladının vəfat etdiyini belə xatırlamır:

 “Heç nə yadımda deyil. Mən uşaqlarımla birgə intihar etməmişəm. Övladlarım yaşayır”.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək hiss-həyəcan içində olduğunu, hazırda heç nəyi yadına sala bilmədiyini deyib.

Hökmə əsasən, Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin iyulunda qeydə alınıb. A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər bənzər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 




Paylaş:


Müəllif : Tarix:
16-10-2023, 19:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər