reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyalı hərbçi Eldar Kamalov həbs edildi

reklam

Rusiyalı hərbçi Eldar Kamalov həbs edildi


















Moskva İkinci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya hərbçisi Eldar Kamalovu dövlətə xəyanətdə təqsirli bilib, onu 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

TASS xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.

Məlumata görə, hökm qanuni qüvvəyə minməyib və ondan şikayət verilə bilər.

“Eldar Kamalov 12,5 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Məhkəmənin hökmü ilə o, hərbi rütbəsindən də məhrum edilib", - agentliyin həmsöhbəti bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kamalov Rusiya silahlı qüvvələrinin sıravi əsgəri olub. Bir ildən artıqdır ki, o, həbs edilib. Hərbçiyə qarşı açılan cinayət işinin materiallarında “gizli” qeyd edildiyi üçün onun məhkəməsi media və ictimaiyyət nümayəndələri üçün qapalı rejimdə keçirilib.




Paylaş:


Müəllif : Tarix:
17-10-2023, 08:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər